70 yaşlı kişinin meyiti tapıldı

70-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 777

Neftçalada 70 yaşlı kişi evinin yaxılığında ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin araşdırmalara əsasən həmin şəxsin rayon sakini Səxavət Əliyev olduğu məlum olub.

Hadisə yerinə və meyitə hal şahidlərinin, hüquq mühafizə əməkdaşlarının və məhkəmə tibbi ekspertlərinin iştirakı ilə baxış keçirilib. Xarici müayinə zamanı bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Mərhumun yaxın qohumlarının sözlərinə görə, S. Əliyev ürək xəstəliyindən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır.