70 yaşlı məcburi köçkünü maşın vurdu

70-yasli-mecburi-kockunu-masin-vurdu
Oxunma sayı: 669

Gəncə-Samux yolunda piyadanı avtomobil vurub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. 
“VAZ 21015” markalı  avtomobil şəhərdə məskunlaşmış  Kəlbəcərdən olan məcburi köçkün 1947-ci il təvəllüdlü Hüseynov Bəhmən Rəhim oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.