70 yaşlı qadın evində yanaraq öldü

70-yasli-qadin-evinde-yanaraq-oldu
Oxunma sayı: 1860

Suraxanıda qadın evində yanaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya Usbat qızı yaşadığı fərdi evdə qısaqapanma nəticəsində baş verən yanğın zamanı hadisə yerində yanaraq ölüb.

Faktla bağlı FHN-in Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.