Gəncədə intihar hadisəsi baş verib. "Qafqazinfo"nun verdiyi məlumata görə, şəhərin Mirzə ağa Əliyev küçəsində yaşayan 1949-cu il təvəllüdlü Rəhimova Cəmilə Səməd qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun xəstəlikdən əziyyət çəkdiyi üçün bu yola əl atdığı bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər