Qəbul imtahanlarında 700 bal toplamış tələbələrlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tələbə adını qazanmış Xalidə Əliyeva, Elmir Əhmədov, Mahirə Əsədzadə, Eldar Əfəndiyev, Nemət Yusifov, Səbinə İsmayılova, Cavad Əliyev və Arzu Məmmədzadə Bakı Mühəndislik Universitetində olublar. Universitetin rektoru Havar Məmmədov görüşdə deyib ki, 21-ci əsr texnologiyalar əsri olması, ölkəmizdə yeni sənaye sahələrinin açılmasını nəzərə alsaq mühəndislik ixtisaslarına olan ehtiyacı və onun önəmini anlayarıq. O, BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib. Qeyd edib ki, universitetdə tələbələrə yüksək səviyyəli tədris verməklə yanaşı müasir dizaynda hazırlanmış yataqxana ilə təmin olunub və asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılıb.
BMU-nun prorektorları professor Həmzağa Orucov, Dr. Bayram Hüseynzadə və Dr. Azər İmanquliyev abituriyentlərə və onların valideynlərinə ixtisas seçimində diqqət etməli olduqları məsələlərlə bağlı tövsiyyələrini veriblər.
Sonda tələbələr universitetin kitabxanası, laboratoriyaları və yataqxanası ilə tanış olublar.
Son xəbərlər
Son Xəbərlər