700 bal toplayan 15 abituriyentlə görüş -

700-bal-toplayan-15-abituriyentle-gorus-
Oxunma sayı: 859


"Qafqazinfo" xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin təşəbbüsü və Modern.az xəbər agentliyinin informasiya dəstəyi ilə təşkil olunan görüşdə Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından nümayəndələr, bir sıra millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyi artıq dördüncü ildir ki, hər il qəbul imtahanlarından maksimal bal toplayan tələbələrlə görüş keçirir və bu kimi görüşlərə millət vəkilləri, eləcəcə də digər rəsmi şəxslər dəvət olunur. Bu il qəbul imtahanlarından 700 bal toplayan  tələbələrin görüşündə də bu ənənə davam edib. Belə ki, Gənclər Evində təşkil olunan tədbirə  millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova, Fuad Muradov, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qatılıblar. Giriş sözündən sonra söz millət vəkili Məlahət İbrahimqızına verilib.

“Qafqazinfo”