700 min nəfər Türkiyə sərhədinə yaxınlaşır

700-min-nefer-turkiye-serhedine-yaxinlasir
Oxunma sayı: 3089

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri İdlib və Türkiyə sərhədinə yaxınlaşan köç haqda açıqlamalar verib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, son 3 gün ərzində İdlibə 200 hava hücumunun edildiyini bildirən Ceffri 700 min nəfər suriyalının Türkiyəyə doğru yola çıxdığını deyib.

Onun sözlərinə görə, bu qədər böyük bir köç beynəlxalq böhrana səbəb olacaq.