71 nəfərin namizədliyi təsdiq olundu

71-neferin-namizedliyi-tesdiq-olundu
Oxunma sayı: 2878

Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak üçün indiyə qədər 268 namizəd müraciət edib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
 
O bildirib ki, həmin müraciət edən şəxslərinin 71 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 29 nəfəri isə imza vərəqələrin artıq götürüb.