71 yaşlı aktrisa aksiyaya qoşulduğu üçün həbs olundu

71-yasli-aktrisa-aksiyaya-qosuldugu-ucun-hebs-olundu
Oxunma sayı: 1894

Aktrisa Süzan Sarandon həbs edilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, dəfələrlə ABŞ prezidenti Donald Trampın əleyhinə fikirlər səsləndirən 71 yaşlı aktrisa onun miqrantlara qarşı siyasətinə etiraz aksiyası zamanı saxlanılıb. Vaşinqtonda Konqresin binası qarşısında minlərlə etirazçıya qoşulan Süzan həbs edilən 570 nəfər aksiyaçının arasında olub. Aktrisa Tvitterdə etiraz aksiyasından foto paylaşaraq həbs olunduğunu təsdiq edib:

"Saxlanılmışam. Güclü olun. Mübarizəyə davam edin".