Rusiyanın Xalq artisti Filipp Kirkorov pərəstişkarı tərəfindən məhkəməyə verilib. “Qafqazinfo” xəbər verir ki, adı açıqlanmayan 71 yaşlı rus xanım ifaçının pandemiya zamanı təxirə salınan konsertinə getmədiyi üçün mənəvi olaraq sarsıldığını iddia edib.
O, bu səbəbdən Kirkorovdan əvvəlcə 45 min (1044 AZN), daha sonra 100 min rubl (2320 AZN) dəyərində təzminat tələb edib.
Xalq artistinin vəkili Aleksandr Dobrovinski isə KİV-ə açıqlamasında məhkəmənin iddianı qəbul etmədiyini vurğulayıb:
“Ruh halını bərpa etmək üçün təxminən 100 min rubl xərclədiyini hesab edir. Bu pulu Filipp Kirkorovdan almaq istədi, amma uduzdu. Məhkəmə başqa bir qərar verdi”.
Son xəbərlər
Son Xəbərlər