72 il qanunsuz maşın sürdü, 84 yaşında yaxalandı

72-il-qanunsuz-masin-surdu-84-yasinda-yaxalandi
Oxunma sayı: 5600

İngiltərənin Nottingem ştatının Bulvell şəhərində patrul polisi tərəfindən keçirilən reyd zamanı 84 yaşlı kişinin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan, 1938-ci il təvəllüdlü şəxs 12 yaşından sürücülük vəsiqəsi olmadan maşın sürdüyünü etiraf edib.

Polisin yaydığı məlumata görə, saxlanılan sürücü avtomobili qanunsuz idarə etsə də, heç vaxt qəza törətməyib və ya tutulmayıb.

Polis 72 il sürücülük vəsiqəsi olmadan maşın sürən yaşlı kişini avtomatik nömrə tanıma sisteminin xəbərdarlıq siqnalı verməsindən sonra saxlayıb.