72 ölkəyə vizasız uça bilərik

72-olkeye-vizasiz-uca-bilerik
Oxunma sayı: 9090

Azərbaycan “Henley & Partners Visa Restrictions Index” pasport reytinqində 72-ci yeri tutub.

“Qafazinfo”nun məlumatına görə, Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.

Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniya isə dünyanın 6 ən güclü pasportunun sahibidir.

Bu, həmin ölkələrin vətəndaşlarına dünyanın 194 ölkəsinə sərbəst səyahət etmək şansı yaradır.

Cənubi Koreya, Finlandiya, İsveç və Niderland isə ikinci pilləni bölüşürlər.

Üçüncü yerdə 192 ölkəyə vizasız girişi olan Avstriya, Danimarka, Böyük Britaniya və İrlandiya qərarlaşıb.

Sonuncu yeri pasportu ilə cəmi 28 ölkəyə giriş imkanı verən Əfqanıstan tutur.