Ekvadorun şimalında baş vermiş zəlzələdən 13 gün sonra yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı Manuel Vasquez dağılmış bir binanın altında qalıb. Qoca xilas edildikdən sonra xəstəxanaya aparılıb. Onun səhhəti normal olsa da, su çatışmazlığından böyrəyində problem yaranıb.
Qeyd edək ki, 16 və 20 aprel tarixlərində baş verən zəlzələlərdə 660 nəfər ölüb, 18 mindən çox adam yaralanıb.
Son xəbərlər
Son Xəbərlər