72 yaşlı kişinin meyiti tapıldı

72-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1124

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Babayev Zülfü Cəmaləddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.