72 yaşlı qadın obyektin zirzəmisinə yıxıldı - Video

72-yasli-qadin-obyektin-zirzemisine-yixildi
Oxunma sayı: 2540

Mingəçevir şəhəri, N.Nərimanov küçəsində bir nəfər yaşlı qadın təmirdə olan birmərtəbəli obyektin zirzəmisinə düşərək köməksiz vəziyyətdə qalıb.

"Qafqazinfo" xəbər verir ki, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1951-ci il təvəllüdlü R.Osmanova dərinliyi 2 metr olan zirzəmidə köməksiz vəziyyətə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə vətəndaşı zirzəmidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.