Mingəçevir şəhəri, Nərimanov küçəsində yaşadığı evdə köməksiz vəziyyətdə qalan qadın xilas edilib.
“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə yaşlı qadının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını xüsusi avadanlıqlarla açaraq daxil olub və 1951-ci il təvəllüdlü M.Abdullayevanı xilas ediblər.