Türkiyənin pop ulduzu Ajda Pekkan Türkiyədə geniş vüsət alan koronavirus (COVİD- 19) pandemiyası səbəbi ilə tətbiq edilən karantin rejiminə əməl edir.
“Qafqazinfo” xəbər verir ki, 74 yaşlı məşhur müğənni rəsmi instaqram səhifəsində video yayaraq #evdəqal mesajı verib.
Paylaşılan görüntülərdə Pekkanın əvvəlcə idman etdiyi, daha sonra mətbəxdə keks bişirməyi əks olunub.
“Ən yaxşı dərman bir-birimizə olan sevgimizdir. Onu heç vaxt ehmal etməyin. Sizləri böyük ürəyimlə çox sevirəm”,- deyə Pekkan bildirib.
Son xəbərlər
Son Xəbərlər