74 yaşlı kişi öldürüldü - Oğlu saxlanıldı

74-yasli-kisi-olduruldu
Oxunma sayı: 4037

Şirvan şəhərində ahıl kişi qətlə yetirilib.

DİN-dən "Qafqazinfo"ya bildirilib ki, 74 yaşlı Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Araşdırma aparılır.