74 yaşlı kişini maşın vurdu

74-yasli-kisini-masin-vurdu
Oxunma sayı: 1185

Şəkidə 74 yaşlı kişini avtomobil vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhərinin giriş hissəsində qeydə alınıb.

Şəki rayon Kiçik Dəhnə kənd sakini, 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən “VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, F. Cabbarovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov