74 yaşlı qadın çaya düşərək boğuldu

74-yasli-qadin-caya-duserek-boguldu
Oxunma sayı: 1726

Biləsuvar rayonunda qadın çaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, Biləsuvar şəhər sakini, 1947-ci il təvəllüdlü Həziyeva Zəminə yaşadıqları evin yaxınlığından axan “Balharı” çayına düşərək boğulub.

Şəkər xəstəsi olan qadının ehtiyatsızlıqdan çaya sürüşərək yıxılması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov