75 yaşlı Balakən sakinini maşın vurub öldürdü

75-yasli-balaken-sakinini-masin-vurub-oldurdu
Oxunma sayı: 1281

Balakəndə 75 yaşlı kişini maşın vuraraq öldürüb.

"Qafqazinfo" nun məlumatına görə hadisə rayonun  Qullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd Müslüm oğlu İbrahimov idarə etdiyi “Qaz 2705” markalı minik avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən  yolu keçmək istəyən piyada, Balakən rayonu Qullar kənd sakini - 1945-ci il təvəllüdlü Cavadxan Tacəddin oğlu Şəkiliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

C.Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Mübariz Muradov