75 yaşlı Baş nazir atıcılıq üzrə medal qazandı

75-yasli-bas-nazir-aticiliq-uzre-medal-qazandi
Oxunma sayı: 2811

Fici Baş naziri, 75 yaşlı Sitiveni Rabuka çərşənbə günü Okeaniya çempionatında güllə atmada bürünc medal qazanıb.

“Qafqazinfo” “Guardian”a istinadən xəbər verir ki, Baş nazir yarışda üçüncü yeri tutub.

Qeyd edilir ki, Rabuka 1974-cü ildə Birlik Oyunlarında dekatlon, güllə atma, disk və çəkic yarışlarında Ficini təmsil edib, reqbi komandasında oynayıb.

Keçmiş hərbçi və idmançı olan Rabuka 1992-ci ildə Ficinin Baş naziri olub və 1999-cu il seçkilərinə qədər bu vəzifəni icra edib. Rabuka 2018-ci ildə yenidən namizədliyini irəli sürsə də, məğlub olur. O, 2022-ci ilin dekabrında keçmiş Baş nazir Frank Bainimaramanın 16 illik hakimiyyət müddətinə son qoyan seçkilərdən sonra koalisiya hökumətinin başçısı kimi hakimiyyətə qayıdıb.