75 yaşlı müəllim dərsdə öldü

75-yasli-muellim-dersde-oldu
Oxunma sayı: 2005


Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 75 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəfildən vəziyyəti pisləşib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq 75 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Səbail rayon Polis İdarəsin 39-cu polis bölməsindən verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıb. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. 

Qeyd edək ki, hadisə Pedaqoji Universitetin Ü.Hacıbəyov küçəsi 34 ünvanında baş verib.