Saatlıda "Mercedes" qadını vuraraq öldürüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Belə ki, şəhər sakini 75 yaşlı Həsənova Həqiqət Soltan qızı yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Ağır bədən xəsarətləri alan H.Həsənova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər