75 yaşlı Türkan Şoray podiumda - Video

75 yaşlı Türkan Şoray podiumda
Oxunma sayı: 3545

Türkiyə kinematoqrafiyasının “Sultan” ləqəbli aktrisası Türkan Şoray podiuma çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 75 yaşlı kino ulduzu dünyaca məşhur türk modelyer Yıldırım Mayrukun peşəsi ilə vida dəfiləsində yer alıb. Çırağan Sarayında baş tutan gecədə Arzum Onan, Çağla Şikel, Azra Akın kimi modellər iştirak edib.

Tədbirin finalında T. Şoray podiuma çıxıb və alqışlarla qarşılanıb. Bu an 80 yaşlı modelyer göz yaşlarına hakim ola bilməyib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi