76 yaşlı kişinin meyiti tapıldı - Xırdalanda

76-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 732

Xırdalanda evdə meyit tapılıb.
 
"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Əliyev Okean Seyfulla oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.