“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 14:56-da başa çatıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər