7,7 milyard oldu

77-milyard-oldu
Oxunma sayı: 2038


“Qafqazinfo” xəbər verir ki,Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5,4 milyard manat vəsait daxil olub, büdcədən 6,2 milyard manat vəsait xərclənib, büdcənin kəsiri ümumi daxili məhsulun 4,9 faizinə bərabər olub. Büdcə xərclərinin 3,3 milyard manatı iqtisadiyyatın inkişafına, 666,7 milyon manatı sosial müdafiə və sosial təminata, 578,2 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib.

Bundan əlavə, əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 2015-ci il may ayının 1-nə 7,7 milyard manata çatıb.