77 yaşlı kişinin evindən silah-sursat aşkarlandı- - Fotolar

77-yasli-kisinin-evinden-silah-sursat-askarlandi-
Oxunma sayı: 2411


DİN-dən “Qafqazinfo”ya verilən məlumatına görə, Lerik Rayon Polis Şöbəsinə (RPŞ) Nurəvud kənd sakini, 77 yaşlı Qurbanəli Babayevin evində silah-sursatın saxlanıldığı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həqiqətən Qurbanəli Babayevin evindən xeyli miqdarda odlu silah-sursat - nömrəsi silinmiş 1 ədəd "Naqan" markalı, 1 ədəd isə kustar üsulla hazırlanan tapança, 1 idman tapançası, 1 ədəd qundağı, 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanan bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz, tüfəng üçün lülə və qundağlar aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.