77 yaşlı qadın zəlzələnin 212-ci saatında xilas edildi - Video

77-yasli-qadin-zelzelenin-212-ci-saatinda-xilas-edildi
Oxunma sayı: 2679

77 yaşlı Fatma Güngör Türkiyənin Adıyaman şəhərindəki yaşayış binasının dağıntıları altından sağ-salamat çıxarılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, xilasedicilər qadını zəlzələnin 212-ci saatında çıxarmağı bacarıblar.

Daha sonra Fatma Güngör təcili yardımla xəstəxanaya aparılıb.