78 yaşlı kişinin meyiti tapıldı

78-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1107

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olublar. 

Mənzildə 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyiti aşkarlanıb.

78 yaşlı kişinin meyiti aidiyyatı üzrə təhvil verilib.