79 yaşlı kişi koronavirusdan öldü, arvadı da yoluxub

79-yasli-kisi-koronavirusdan-oldu-arvadi-da-yoluxub
Oxunma sayı: 7132

Qərbi Avstraliya ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ölən şəxs 79 yaşlı kişidir.

Qeyd edək ki, virusdan ölən yaşlı kişi “Diamond Princess” səyahət gəmisindən təxliyyə edilib. Onun arvadı da koronavirusa yoluxub. Onun vəziyyətinin stabil olduğu bildirilir.