Ölənlərdən 4-ü kişi, biri isə qadındır. İki nəfərin ölümünə səbəb infarkt olub, daha 3 nəfər isə dağıntılar altında qalıb.
Sunami təhlükəsi ilə əlaqədar Çili və Perunun sahilyani ərazilərində yaşayanlar evakuasiya ediliblər. Çili ərazisində okeanda dalğanın hündürlüyü ayrı-ayrı yerlərdə 2 metrdən hündür olub.
Çili DİN-in məlumatına görə, İkike şəhərində qadın həbsxanasının bir hissəsi uçub. Nəticədə həbsxanada olan 300-ə yaxın qadın məhbus qaçıb. Hələlik qaçanlardan ancaq 16-nı yaxalamaq mümkün olub.
Son xəbərlər
Son Xəbərlər