8-ci mərtəbədə yanğın

8-ci-mertebede-yangin
Oxunma sayı: 945

Bakıda binada yanğın olub.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzilin eyvanında 0.5 kv.m sahəyə yığılmış divar kağızı yanıb. Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 1 kv.m sahədə əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.