Sumqayıtda çoxmərtəbəli binadan yıxılan yeniyetmə qız vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva sentyabrın 28-də şəhərin 10-cu mikrorayonunda yerləşən binanın 8-ci mərtəbəsindən yıxılıb.
O, ötən gün müalicə aldığı klinikada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.