8-ci sinif şagirdi dərs zamanı öldü

8-ci-sinif-sagirdi-ders-zamani-oldu
Oxunma sayı: 4645

Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Yahya Ağayev Eldar oğlunun ölməsi barədə təfərrüat məlum olub.

"Qafqazinfo" xəbər verir ki, rayon təhsil şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, uşaq ürək tutmasından vəfat edib:

“8-ci sinif şagirdi olan Yəhya bu gün səhər saat 9:30-da tənəffüz zamanı məktəbin həyətindəki su çəninə yaxınlaşıb. Üzünə su vurmaq istədikdə yıxılıb. Təcili tibbi yardım çağırılıb. Amma onu həyata qaytarmaq mümkün olmayıb.