8 il gözləmişdi, şəhid olandan 2 gün sonra qızı dünyaya gəldi...

8-il-gozlemisdi-sehid-olandan-2-gun-sonra-qizi-dunyaya-geldi
Oxunma sayı: 7588

İyulun 14-ü səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin bu gün qız övladı dünyaya gəlib.

Bu barədə “Qafqazinfo”ya məlumatı şəhidin yaxınları verib. Bildirilib ki, şəhidin qızına Narin adı verilib.

Xatırladaq ki, yaxınlarının bildirdiyinə görə, 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.