“Qafqazinfo”nun məlumatına görə, bankın əməkdaşı Sahib Ağayevin vəkili Adəm Məmmədov bildirib ki, prosesdə S. Ağayevin barəsində bəraət hökmü çıxarılmasına və onun məhkəmə zalından azadlığa buraxılmasına qərar verilib.
Vəkil qeyd edib ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb.
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan S. Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər