8 il sonra yenidən narkotik üstündə tutuldu

8-il-sonra-yeniden-narkotik-ustunde-tutuldu
Oxunma sayı: 1463

Britaniyalı musiqiçi Pit Doyerti Parisdə narkotik alarkən saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Point” xəbər verib.

Qəzetin yazdığına görə, o, cümə günü Parisin doqquzuncu rayonunda ələ keçib. İçkili olan Doyertinin üzərində 2 qram kokain olub.

Musiqiçinin narkotik üstündə tutulması ilk dəfə baş vermir. 2011-ci ildə London məhkəməsi Doyertini kokain saxladığına görə 6 ay azadlıqdan məhrum etmişdi.

Qeyd edək ki, Pit Doyerti 1997-ci ildə dostu Karl Baratla əsasını qoyduğu “The Libertines” qrupunun gitaraçısı və vokalistidir. Lakin bir çoxları musiqiçini narkotik qalmaqalları ilə tanıyır.