8 Martda 20 dərəcə isti olacaq

8-martda-20-derece-isti-olacaq
Oxunma sayı: 1231

Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

ETSN-dən “Qafqazinfo”ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti  olacaq.