Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 08-də hava şəraitinin yağıntılı olacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.