8 Martda hava necə olacaq?

8-martda-hava-nece-olacaq
Oxunma sayı: 1888

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda hava şəraiti mülayim və sabit olacaq.

Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava sabit keçəcək, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Bakıda havanın temperaturunun gündüz 10-15, Aran rayonlarında 12-17, dağlıq rayonlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir.

Ümumilikdə bayram günü hava şəraiti ölkə üzrə mülayim, sabit, əsasən yağmursuz olacaq.