8 otaqlı ev yandı

8-otaqli-ev-yandi
Oxunma sayı: 682

Quba rayonunda yanğın hadisəsi baş verib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qeydə alınıb.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 81 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 1.5 ton ot bağlamasının 200 kq-ı yanıb.

Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.