8 yaşlı uşağı maşın vurdu

8-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 1208


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. Şəhər sakini, 2007-ci il təvəllüdlü Ayişə Zeynalova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. 

Müxtəlif bədən xəsarətləri alan qız sürücü tərəfindən əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına sonra isə 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər qızın vəziyyətini normal qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.