80 məscid bağlanacaq- - Tunisdə

80-mescid-baglanacaq-
Oxunma sayı: 1221


“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Tunisin baş naziri Həbib Essid açıqlamasında ölkənin turizm bölgələrində, tarixi abidələr və istirahət mərkəzlərinə ordu hissələri göndəriləcəyini bildirib. 

Baş nazir qeyd edib ki, radikal dini təbliğ edən 80 məscid bağlanacaq. Bu proses bir həftə ərzində baş tutacaq. 

Rəsmilərin sözlərinə görə, cümə günü Sousse şəhəri yaxınlığında baş vermiş hücum qurbanlarının əksəriyyəti britaniyalılardır. Hadisədən sonra bir silahlı şəxs qətlə yetirilib.

Xatırladaq ki, hücumu İŞİD öz üzərinə götürüb. 

Faciə zamanı 40 nəfər dünyasını dəyişmişdi.