80 yaşlı kişi arvadını öldürdü - Bakıda

80-yasli-kisi-arvadini-oldurdu-
Oxunma sayı: 2109

Bakıda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Rayon sakini, 80 yaşlı Abbasəli Hüseynov həyat yoldaşı, 80 yaşlı Nisə Kərimovanı bıçaqlayaraq öldürüb.

Hadisəni törədən A. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.