Bu gün səhər saatlarında Tovuz rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində vətəndaşa məxsus fərdi yaşayış evində olub. Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi aşkar edilib. Yanğın saat 08:36-da söndürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər