Kenan İmirzalıoğlu və gələcək həyat yoldaşı Sinem Kobal toy hazırlıqları üçün Cundra adasına gedib.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, cütlük adaya dəniz təyyarəsi ilə gəlib, hazırlıqlara başlayıblar.
Sinem və Kenanın hazırlıq zamanı çəkilən fotoları Türkiyə mətbuatında yayılmağa başlayıb.
Qeyd edək ki, 1,5 ildir birlikdə olan cütlüyün toyu sabah baş tutacaq. 300 qonağın dəvət olunduğu mərasimdə Kobal rəfiqəsi Tuvana Büyükçınarən hazırladığı gəlinliyi geyinəcək.
Cütlük qonaqları üçün üç otel bağlatdırıb. Qonaqlar Ayvalıkdan Cundaya xüsusi bəzənmiş gəmilərlə gələcək. Bəy toy üçün 800 min türk lirəsi xərcləyib.
Sinem Kobal salonda bəzənməkdən narahat olacağı üçün İstanbuldakı saç ustası ilə razılığa gələrək onu 15 nəfərlik işçisi ilə Cundaya dəvət edib. Bu razılaşma isə nə az, nə çox 10 min dollara baha-başa gəlib.
Qonaqlar toyda Qaradənizin Tarkanı olaraq bilinən Selçuk Balcı və Anadolu türklərinin sevilən sənətçisi İsmayıl Altunsarayın mahnılarını dinləyəcək.


Son xəbərlər
Son Xəbərlər