81 yaşlı nənə nəvənin aldığı dönərdən zəhərləndi - Yenilənib

81-yasli-nene-nevenin-aldigi-donerden-zeherlendi
Oxunma sayı: 2394

Ağstafada 8 nəfər dönərdən zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun özündə yerləşən dönərxanaların birində qeydə alınıb.

İlkin məlumata görə, 8 nəfər zəhərlənmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

***

Zəhərlənən şəxslərin kimliyi məlum olub:

1-Abbasov Ömər Elvin oğlu (2021)

2-Abbasova Nərmin Elvin qızı (2006)

3-Məmmədli Mahirə Yavər qızı (1997)

4-Məmmədli Zəhra Hüseyin qızı (2020)

5-Rəhimova Mehriban Vasif qızı(1971)

6-Sadıqzadə Həsən Cəfər oğlu (2008)

7-Sadıqzadə Gülər Cəfər qızı(2015)

8-Yolçuyeva Fidan Vüqar qızı (2013)

9- Rəhimova Həmayə Əbülfət qızı (1944)

10- Əsədli Zaman Mehman oğlu (2004)

Qeyd edək ki, zəhərlənənlərdən birinin 81 yaşı var. Əldə etdiyimiz məlumata görə, 1944-cü il təvəllüdlü Rəhimova Həmayə Əbülfət qızına dönəri nəvəsi alıbmış. 

***

H.Rəhimova xəstəxanadan evə buraxılıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə  həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Araşdırma davam etdirilir

Yunis Quliyev