81 yaşlı türkiyəli aktrisa həbs olundu

81-yasli-turkiyeli-aktrisa-hebs-olundu
Oxunma sayı: 6237

Türkiyənin tanınmış teatr və serial aktrisası, “Yeşilçam” ulduzu Nilüfer Aydan (Aydan Canbula) həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, o, Prezident Rəcəb Tayyip Ərdoğanı təhqir etməkdə ittiham edilib. 

Anadolu 37-ci Ədliyyə Cəza Məhkəməsində baş tutan prosesdə 81 yaşlı aktrisa 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, aktrisa sosial şəbəkədəki hesabından 2016, 2017 və 2018-ci illərdə ölkə başçısının şərəf və ləyaqətini alçaldıb.